İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində yaşayış binasında güclü partlayış olub.

"Unikal" xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.  Bildirilir ki, güclü partlayış nəticəsində 3 ev dağılıb.  Beş nəfərin öldüyü, 4 nəfərin isə yaralandığı qeyd edilir.

hadisənin baş vermə səbəbləri araşdırılır.