Bazar günü gecə İsraildə yarım milyona yaxın insan hökumətin məhkəmə sistemində islahatlar aparmasına etiraz olaraq küçələrə çıxıb.
"Unikal" xəbər verir ki, yerli KİV-in məlumatına görə, bu, ölkə tarixində ən kütləvi etiraz aksiyasıdır.
Təkcə Təl-Əvivdə keçirilən aksiyada 200 minə yaxın israilli iştirak edib.
Ölkədəki etirazlar iki aydan artıqdır ki, səngimir. Onun iştirakçıları Benyamin Netanyahunun yeni hökumətinin hücumuna məruz qalan demokratiyanı müdafiə edəcəklərini bəyan edirlər.
Öz növbəsində baş nazir iddia edir ki, məhkəmələrin səlahiyyətlərini məhdudlaşdıran islahat hakimiyyətin qolları arasında balansı bərpa edəcək.