"Liverpul"un və Misir milli komandasının hücumçusu Məhəmməd Salahın Qahirədəki  evi qarət edilib.

"Unikal" xəbər verir ki, hadisə barədə futbolçunun qardaşı oğlu məlumat verib. Evin yanından keçəndə pəncərələrin açıq olduğunu görüb. İlkin məlumata görə, bir neçə elektrik cihazı oğurlanıb. 

Polis araşdırma aparır, hüquq-mühafizə orqanlarının əməkdaşları şahidləri dindirir və müşahidə kameralarını yoxlayır.