Meksikanın Quanaxuato əyalətinin Celaya şəhərində El Estadio adlı bara bombalı və silahlı hücum təşkil edilib.
"Unikal" xəbər verir ki, hücum edənlərin bara girərək təsadüfi atəş açdıqları və hücum zamanı özləri ilə gətirdikləri əldəqayırma partlayıcılardan istifadə etdikləri bildirilib. Hücumda 9 nəfər həyatını itirib, 10 nəfər yaralanıb.
Hadisə şahidləri bildiriblər ki, barda olan bir çox insan yüksək musiqidən atəş səslərini eşitməyib və hücumu gec görüblər.
Silahlı hücumdan sonra əyalət polisi və Milli Qvardiya bölgəyə göndərilib, hücum edənlər isə təhlükəsizlik qüvvələri gələnə qədər hadisə yerindən qaçıblar. Hücum edənlərin tutulması üçün əməliyyata başlanıldığı bildirilib.