Fevralın 25-də Fransada başlayan və NATO müttəfiqlərinin iştirakı ilə keçirilən "Orion23" təlimi başa çatıb.
"Unikal" xəbər verir ki, Fransa, ABŞ, İtaliya, İspaniya, Belçika və İngiltərədən 7 min əsgərin qatıldığı təlimin son mərhələsi Fransanın Cahors şəhərində keçirilib.
Cahorsdakı təlimdə əsgərlər boş güllə, səs və tüstü bombalarından istifadə edərkən, mülki vətəndaşlar isə gündəlik həyatlarını davam etdiriblər.
Əsgərlər təlim ssenarisi çərçivəsində ələ keçirilən şəhəri geri alıblar.
Gülayə Mecid