Ukraynanın Çerkassı vilayətinin Mankovka kəndində Vladimir Leninin 5 metrlik abidəsi satışa çıxarılıb.

"Unikal" Ukrayna KİV-nə iatinadən xəbər verir ki, sözügedən abidə 1978-ci ildə bürüncdən tökülüb, onun çəkisi təxminən üç tondur. 

Abidənin qiyməti təxminən 14 min dollardan başlayır. Satışdan əldə olunan gəlir yerli "Kommunalşçik" müəssisəsinə veriləcək.

Ağarza Elçinoğlu