Hindistanın özəl "IndiGo" aviaşirkətinə məxsus sərnişin təyyarəsi sərnişinlərdən birinin ölümündən sonra Pakistanda məcburi eniş etmək məcburiyyətində qalıb.
"Unikal" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Hadisə Dehlidən Dohaya uçan 163 sərnişinin olduğu “IndiGo” reysinin göyərtəsində baş verib.
Pakistanın mülki aviasiya idarəsi bildirib ki, 60 yaşlı nigeriyalı kişinin səhhəti uçuş zamanı pisləşib, bundan sonra təyyarənin kapitanı Kəraçi hava nəqliyyatı dispetçerləri ilə əlaqə saxlayıb və həkim və təcili yardım istəyib.