"Şənbə günü İran hərbi təyyarəsinin Azərbaycan sərhədi yaxınlığında uçuşu normal haldır".
"Unikal" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani bu gün Tehranda keçirdiyi mətbuat konfransında deyib.
XİN nümayəndəsinin sözlərinə görə, İranın sərhədyanı rayonlarının müşahidəsi zamanı ölkə ərazisində belə uçuşlar mütəmadi olaraq həyata keçirilir: "Keçmişdə belə uçuşlar olub və heç bir qeyri-adi hadisə yoxdur".
Qeyd edək ki, təyyarəsinin Azərbaycanla sərhəddi pozduğuna görə İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi martın 11-də Azərbaycan XİN-ə çağırılıb.
Ağarza Elçinoğlu