Pakistanın paytaxtı İslamabad məhkəməsi ölkənin keçmiş Baş naziri İmran Xanın həbsinə yeni order verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Xan polis əməkdaşlarına və qadın hakimə qarşı nalayiq ifadələr və təhdidlər səsləndirməkdə ittiham edilir.
Bildirilir ki, o, martın 29-na qədər saxlanılmalı və məhkəmə qarşısına çıxarılmalıdır.