Almaniyanın paytaxtı Berlin, Hannover, Hamburq və Bremendəki hava limanlarında təhlükəsizlik işçiləri tətil elan edib.
"Unikal" xarici KİV-yə istinadən xəbər verir ki, kütləvi tətil səbəbindən uçuşlar təxirə salınıb.
Məlumata görə, Alman həmkarlar ittifaqı Verdinin çağırışı ilə təhlükəsizlik işçilərinin tətili 24 saat davam edəcək.
Təkcə Berlində 200-ə yaxın reys ləğv edilib, hava limanına enişlərin üçdə birinin isə ləğv ediləcəyi gözlənilir. Hamburq hava limanı, planlaşdırılan 123 uçuşun hamısının və hava limanına 121 uçuşdan ən azı 50-nin ləğv edildiyini bildirib.
Etirazçılar maaşlarının artırılmasını tələb edir.
Ağarza Elçinoğlu