Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan vəzifəsindən istefa verib.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, Hunanyanın istefa ərizəsi təmin olunub, o, vəzifəsindən azad edilib.
"Öz istəyimlə istefa ərizəmə əsasən, Xarici İşlər Nazirliyinin mətbuat katibi vəzifəsindən azad olundum", - Hunanyan öz "Facebook" səhifəsində yazıb.
Onun sözlərinə görə, Ani Badalyan növbəti mətbuat katibi olacaq.
Ağarza Elçinoğlu