Keniyada futbol matçı zamanı ildırım vuran iki futbolçu həyatını itirib.
"Unikal" xəbər verir ki, “The Citizen Digital” qəzetinin yazdığına görə, ölkənin qərb bölgəsindəki Kissi bölgəsində həftəsonu futbol matçı zamanı meydançaya ildırım düşüb.
Manyansi-Gianchore futbol klublarının qarşılaşması zamanı baş verən insidentdə hər komandadan bir futbolçu həyatını itirib.
Xəsarət alan iki futbolçu da Nyamira xəstəxanasında müalicə olunub.