İran 22 min etirazçını əfv edib.
"Unikal" xəbər verir ki, amnistiya qərarı ölkənin ali lideri Əli Xamneyi verib.
1979-cu il İslam İnqilabının 44-cü ildönümünə həsr olunub. Ümumilikdə 82 mindən çox insan əfv edilib, onlardan 22 min nəfəri etirazçı olub.
Qeyd olunur ki, zorakılıq və oğurluqda ittiham olunanlar amnistiyaya düşmür.