Rusiya Dövlət Dumasına 2024-cü ildən hərbi xidmətə çağırış yaşının mərhələli artırılması haqqında qanun layihəsi təqdim olunub.
"Unikal" xəbər verir ki, qanun layihəsinin mətninə əsasən, hərbi qeydiyyatda olan və ya olmayan, lakin hərbi qeydiyyata düşməli olan və ehtiyatda olmayan 18 yaşından 30 yaşınadək kişi cinsindən olan vətəndaşlar haqqında qərar qəbul edilə bilər.
Eyni zamanda, 19 yaşdan 30 yaşadək vətəndaşlar (2024-cü il yanvarın 1-dən dekabrın 31-dək) ; 20 yaşdan 30 yaşadək (2025-ci il yanvarın 1-dən dekabrın 31-dək); 21 yaşdan 30 yaşadək (2026-cı il yanvarın 1-dən olan dövrdə) hərbi xidmətə çağırılırlar.