Kolumbiyanın Milli Hərbi Dəniz Qüvvələri Sakit okeanda batmış 14 metrlik sualtı qayığını aşkarlayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, altı tona qədər yük daşıya bilən qayıqda 2,6 ton kokain tapılıb.
Bu yükün dəyəri 72 milyon funt-sterlinq (təxminən 87,5 milyon dollar) qiymətləndirilir.
Dənizçilər müəyyən ediblər ki, sualtı qayığın ekipajı dörd nəfərdən ibarət olub. Onlardan ikisi ölüb, ikisi isə sağ qalıb.
Qeyd olunur ki, Kolumbiyadan olan iri narkotik alverçiləri - sualtı qayıqlar qadağan olunmuş yüklərin başqa ölkələrə çatdırılması üçün məşhurdur.
Seymur Əli