Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin 2020-ci ildə Qarabağ müharibəsində məğlub olmasını beşinci kolonun fəaliyyəti ilə əlaqələndirib.
"Unikal" xəbər verir ki, bu barədə o, martın 14-də keçirdiyi mətbuat konfransında bildirib.
"Şəxsi qənaətimə görə, ordumuzda beşinci kolon fəaliyyət göstərdiyi üçün müharibəni uduzmuşuq. Düşünürəm ki, bu faktlar yaxın vaxtlarda ictimailəşəcək", - Paşinyan açıqlayıb.
Ağarza Elçinoğlu