"Coğrafiyaya nəzər salsaq, Serj Sarkisyan da Kazana, Vyanaya, Sankt-Peterburqa və s. Məndə bəzən belə bir təəssürat yaranır ki, bir çox hallarda Serj Sarkisyan iştirak etdiyi danışıqların məzmununu başa düşmür. Özü də belə bir fikir söyləməyə əsas verən açıqlamalar verir".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın Baş nazir haqqında son bəyanatlarına istinadən deyib.
"Bir dəfə Sarkisyan dedi ki, "Dağlıq Qarabağın azərbaycanlıları Qarabağda mümkün referendumda iştirak edə bilməzlər, gedib başqa yerdə iştirak etsinlər". Bu o demək deyilmi ki, Serj Sarkisyan öz ağzı ilə Azərbaycanın mövqeyini əsaslandırır ki, Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi üçün mümkün referendum Dağlıq Qarabağda deyil, bütün Azərbaycanda keçirilməlidir və referendum da belə olmalıdır. O, danışıqlar əsasında aparılmış konkret bəndlərə əsaslanaraq Azərbaycanın mövqeyini və şərhini əsaslandırdı", - Paşinyan eks-prezidentin ittihamlarına reaksiya verib.
Qeyd edək ki, bir müddət öncə Sarkisyan Paşinyanı həm Praqa, həm də Moskva danışıqlarında iştirak etdiyinə görə qeyri-ciddi qəbul etmişdi.
Ağarza Elçinoğlu