"Sovet İttifaqın dağılandan sonra xarici dövlətlər Rusiya Federasiyasına özünü silkələmək üçün təzyiqlər göstərməyə başladılar".
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Ulan-Udedəki təyyarə zavoduna səfəri zamanı bildirib. O, qeyd edib ki, SSRİ dağılandan sonra Rusiya daxilində “beşinci kolon” yaradılmağa başlayıb.
Həmçinin Putinin sözlərinə görə, ölkənin müxtəlif bölgələrində və ilk növbədə Şimali Qafqazda fəaliyyət göstərən “bütün beynəlxalq terrorçu dəstələri” Rusiyaya göndərilib.
Rusiya Federasiyasının prezidenti onu da bildirib ki, ölkə öz iqtisadi suverenliyini dəfələrlə artırıb.
Putinin sözlərinə görə, Rusiya son bir ildə mühüm inkişaf mərhələsindədir və iqtisadi suverenliyin artması “2022-ci ilin ən mühüm nəticəsidir”.
“Düşmən gözləyirdi ki, iki-üç həftəyə və ya bir aya yıxılacağıq, on minlərlə insan küçələrə çıxıb etiraz edəcək - bu baş vermədi. Məlum oldu ki, Rusiyanın sabitliyinin əsasları hər kəsin bu barədə əvvəllər düşündüyündən qat-qat möhkəmdir”, - Rusiya prezidenti bildirib.