Araz Ağalarov və Leonid Fedunun Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqı (RSXP)-nin idarə heyətindən çıxarılması barədə məlumat yayılıb.
"Unikal" xəbər verir ki, ümumilikdə 15-dən çox iş adamının Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının rəhbərliyindən xaric edilməsi planlaşdırılır.
Bu barədə qurumun martın 16-da keçiriləcək qurultayında məlumat veriləcək.
Xüsusilə, Rusiya Postunun keçmiş rəhbəri Maksim Akimov, USM-nin həmsahibi Əlişir Usmanov, Sibir İstehsalat Şirkətinin Direktorlar Şurasının sədri Stepan Soljenitsın şuraya daxil olmayacaq.
Məlumata görə, sahibkarlar Rusiyaya və ya şəxsən onlara qarşı sanksiyalara görə RSPP-dən çıxmaq istəyirlər. İş adamları "mümkün qədər az reklam" istəyirlər.