Tehranın metro stansiyalarından birində partlatıcı maddə daşıyan şəxslər saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə "İsna" agentliyi məlumat yayıb.
Bildirilib ki, saxlanılan 5 nəfərin üzərində 100 kiloqram partlayıcı maddə aşkar edilib. “Molavi” stansiyasında saxlanılan şəxslər partlayıcı maddəni şəhərdəki alıcılardan birinə çatdırmağı planlaşdırıb.
Saxlanılan şəxslər barəsində cinayət işi açılıb, araşdırma aparılır.