ABŞ ordusuna məxsus MQ-9 "Reaper" pilotsuz uçuş aparatı Rusiyanın Su-27 qırıcısı ilə toqquşub.
"Unikal" xəbər verir ki, bu barədə "Əl-Cəzirə" kanalı məlumat yayıb.
Məlumatı ABŞ Hərbi Hava Qüvvələrinin generalı Ceyms Heker də təsdiq edib.
Bildirilib ki, hadisə Qara dəniz üzərində baş verib. PUA-nın pərvanəsinin zədələndiyi və Krımın qərbində Qara dənizə düşdüyü qeyd olunub.