ABŞ-də Dünya Ticarət Mərkəzinin binasına ildırım düşüb.

"Unikal" xəbər verir ki, ildırım binanın damındakı qülləyə tuş gəlib.

Qeyd edək ki, göydələn Nyu-Yorkun Aşağı Manhetten rayonunda yerləşir və Qərb yarımkürəsindəki ən hündür bina hesab olunur. Mərkəzin hündürlüyü 541 metrdir.