Papua-Yeni Qvineyada 7.2 bal gücündə zəlzələ qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri əhalisi təxminən 2 min nəfər olan Ambunti şəhərindən 38 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 73 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, sonuncu dəfə 2022-ci ilin sentyabrında Papua Yeni Qvineyada 7 baldan yuxarı zəlzələ olub. Yeraltı təkanlar səbəbindən sunami təhlükəsi elan edilib.