İsraildə hakimiyyət 25-26 aprel tarixlərində qeyd olunacaq Müstəqillik Günündən dərhal sonra məhkəmə islahatları üzərində işləməyə davam edəcək.
"Unikal" xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti nazirin partiyanın bülletenində dərc etdiyi məlumatlara istinadən xəbər yayıb.
“Baş nazir Netanyahunun dediyi kimi, islahat dayandırılıb və növbəti görüş üçün dəqiq tarix var, Müstəqillik günündən dərhal sonra biz qanunvericilik üzərində işləməyə davam edəcəyik”, sənəddə deyilir.
Regev, partiyanın artıq qarşı tərəflə danışıqlar aparacaq və seçicilərin gözləntilərini qarşılamaq üçün "ağıllı tənzimləmələr etməyə" hazır olub-olmadığını görəcək bir danışıqlar qrupu təyin etdiyini söylədi.
O qeyd edib ki, baş nazir Benyamin Netanyahu kompromis tapmaq üçün islahatı dayandırıb, lakin buna nail olunmasa, qanun layihələri yenidən təsdiq üçün təqdim olunacaq.
Bundan əvvəl İsraildə hökumət əleyhinə etirazların gündə 450 min nəfərə qədər toplandığı bildirilmişdi .