"Twitter" sosial şəbəkəsi ənənəvi loqosunu geri qaytarıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, sosial şəbəkəyə daxil olduqda “Dogecoin”in loqosu əvəzinə daha əvvəlki quş loqosunu görmək mümkündür. 

Qeyd edək ki, aprelin 3-ü şirkətin rəhbəri İlon Mask ənənəvi quş loqosunu “Dogecoin”lə (kriptovalyuta) dəyişmişdi.