İraq Yekaterinburqdan Şarm əl-Şeyxə uçan “Rossiya” aviaşirkətinin təyyarəsini öz hava məkanına buraxmayıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
“Uçuş üçün bütün icazələri olan Yekaterinburqdan Şarm Əl-Şeyxə FV5569 reysini həyata keçirən “Boeing 737 FV5569” təyyarəsinin səbəbləri izah edilmədən İraqın hava məkanına daxil olmasına icazə verilməyib”, - deyə KİV-lərdə qeyd olunub.
Nəticədə Rusiya təyyarəsi İranın hava məkanında bir neçə dövrə vuraraq Soçinin ehtiyat hava limanına qayıdıb.
Gülayə Mecid