Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ölüm ayağında olduğunu bildirib.
"Unikal" xəbər verir ki, bu barədə o, "Politico" qəzeti üçün məqalə yazıb.
Eks-prezident həbsdə olarkən səhhətinin kəskin şəkildə pisləşdiyini, indi də ölmək üzrə olduğunu deyib: "Həbsdə olanda səhhətim kəskin şəkildə pisləşdi. Mən indi ölürəm".
Saakaşvili həmçinin həbsdə olarkən işgəncələrə məruz qaldığını iddia edib: "Mən sistematik olaraq fiziki və psixoloji işgəncələrə məruz qalmışam və hazırda bədənimdə ağır metal zəhərlənməsi əlamətləri var. İndi mən həbsdə olarkən inkişaf edən 20-dən çox ciddi xəstəlikdən əziyyət çəkirəm".
Ağarza Elçinoğlu