Mayın 10-da Ermənistanın sərhəddə törətdiyi təxribat nəticəsində başından ağır güllə yarası alan müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Müslüm Mahmudlu hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə olunur.

"Unikal" Bakupost.az-a istinadən xəbər verir ki, dünən hərbçimiz əməliyyat olunub.

Əməliyyat normal keçsə də, hərbçimizin vəziyyəti hələ də ağırdır. Hazırda o, reanimasiya şöbəsindədir.