Cari ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 27753 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən "Unikal"a verilən məlumata görə, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,7-dən 11,1-ə düşüb.

Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,3 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,7 faiz olub. Doğulan körpələrdən 902-si əkiz, 54-ü üçəm olub.