"Bəzən xəstə olmayan uşaqların da xəstə adı altında təhsildən yayındırmaq halları olur. Bu işə ciddi yanaşılmalıdır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri, deputat Əhliman Əmiraslanov deyib.

"Aydındır ki, ağır xəstə olan uşaqlar məktəbə gedə bilməz. Bu məsələni ilk növbədə Elm və Təhsil Nazirliyi qaldırmalıdır" - deyə komitə sədri bildirib.

Anar Kəlbiyev