Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdman tibbi və reabilitasiya” ixtisasının magistrantları məktəblilər üçün təşkil olunan “Active movement” layihəsinə cəlb edilmiş “Chisenhale” məktəbinin qonağı olublar.

Bu barədə "Unikal"a ASAPES-in mətbuat xidmətindən məlumat verilib.  

Bildirilir ki, Böyük Britaniyanın UCL Universitetinin professoru, UCL-in İdman Tibbi İnstitutunun (Institute of Sports, Exercise and Health) aparıcı eksperti, Böyük Britaniyanın Kral Tibb Cəmiyyətinin İdman Tibbi bölməsinin vitse-prezidenti, idman tibbi üzrə Avropa standartının müəllifi, Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti, ADBTİA-nın həkimlər üçün “İdman tibbi və reabilitasiya” magistr proqramının rəhbəri professor Maykl Pol Luzmor adı qeyd olunan layihənin təsisçilərindən biridir.

“Active movement” layihəsinin əsas məqsədi məktəblilərin oturaq həyat tərzinin minimuma endirilməsi, artıq çəkinin qarşısının alınması və bununla da uşaqların daha aktiv və sağlam qalmasına dəstək olmaqdır. Görüş zamanı magistrantlar məktəbdə dərslərin təşkili, uşaqların aktiv həyat tərzi keçirməsi üçün istifadə edilən üsullar və tədris alətləri ilə tanış olublar.