Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Əlizamin Salayevdən xəbər var.

"Unikal" xəbər verir ki, Ə.Salayev aclıq aksiyasını dayandırıb.

Qeyd edək ki, Ə.Salayev barəsində Cqinayət Məcəlləsinin 221.3-cü maddəsilə (xuliqanlıq – silah və ya silah qisminə əşya tətbiq etməklə) cinayət işi başlanılıb. O, 4 il müddətinə azadlıqdan məhrum edilib. Həbsinə etiraz olaraq Ə.Salayev bir müddətdir ki, aclıq aksiyası keçirirdi.