"Yerli idarələr vasitəsilə şagirdlərin təhsildən yayınma halları minimuma endirilib".

"Unikal"ın məlumatına görə, bu barədə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev 2022-2023-cü tədris ilinin yekunları, növbəti tədris ili üzrə gözləntilər və digər məsələlərlə bağlı media nümayəndələri ilə keçirilən görüşdə deyib.

O qeyd edib ki, bununla bağlı məktəblərdə aylıq monitorinqlər keçirilib.

“İlk dəfədir ki, bu prosses diqqətlə izlənilib. Bu halın yaranmasının səbəblərindən biri əhalinin kənd təsərrüfatıyla məşğul olması səbəbindən yaşayış yerini dəyişməsidir”,- deyə o bildirib.