"Bir qadının çantasından 80 manat, 23.500 ABŞ dolları və sənəd olan cüzdanın oğurlayan şəxsin ifşa edilməsi ilə bağlı xəbər yaymışdıq. Suallar yaranmışdı ki, bu qədər pulu qadın çantasında niyə saxlayıb".

"Unikal" xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, bu, zəhmətkeş və ziyalı bir ailənin övladlarına ev almaq üçün topladığı pul olub: "Arzularına gerçək etməyə çalışırdılar. Pulun yolda oğurlanması bir ailənin, bir gəncin istəklərini, zəhmətlərini alt-üst etmişdi. Səbail RPİ-nin 8-ci Polis Bölməsinə yaxınlaşan ailəni dinləyən polis əməkdaşları cinayətkarı qısa vaxt ərzində saxlayıblar. Oğurlanan pul ondan geri alınaraq ailəyə qaytarılıb"

***12:33

Bakıda qadının içərisində xeyli miqdarda pul olan çantası oğurlanıb.

DİN-dən "Unikal"a verilən məlumata görə, Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 19-da Ö.F.Nemanzadə küçəsində Bakı şəhər sakini olan bir qadının içərisində 80 manat, 23.500 ABŞ dolları və sənəd olan cüzdanını oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini Xəyyam Məmmədov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.