1 nömrəli Psixiatriya Xəstəxanasında qeydiyyatda olan şəxs 11 yaşlı oğlanı bıçaqlayıb.
"Unikal"ın xəbərinə görə, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.
Belə ki, 1 nömrəli Psixiatriya Xəstəxanasında qeydiyyatda olan, 1983-cü il təvəllüdlü S.Həsənovla 2012-ci il təvəllüdlü Ö.Məmmədlinin yoldan keçən qadınlara söz atması səbəbi ilə bağlı aralarında mübahisə yaranıb. Nəticədə o, 11 yaşlı oğlanın qarın nahiyəsinə 1 dəfə bıçaqla vuraraq bədən xəsarət yetirib.
Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.