İyunun 30-da İsmayıllı rayonuna yağan güclü leysan yağışından sonra əmələ gələn sel suları Cülyan kəndində istirahətə gələn qonaqların avtomobilinə ziyan vurub.
"Unikal"ın məlumatına görə, qəflətən dağlardan gələn sel suları və daş parçaları kəndin yollarında hərəkət edən bir neçə avtomobili əzib, nəqliyyat vasitələri lildə bataraq qalıb. İstirahətə gələn turistlərdən birinə məxsus olan "Mercedes S-Class" markalı minik avtomobilini sel aparıb. Avtomobildən sürücünün son anda çıxaraq canını qurtardığı bildirilir.
Şahnəzər Bəşirov
18:14
İyunun 30-da İsmayıllı rayonuna yağan güclü leysan yağışından sonra əmələ gələn sel suları fəsadlar törədib.
"Unikal"ın məlumatına görə dağlardan gələn sel suları rayonun şimal hissəsindəki Qəndov, Namazgah kəndlərində və Lahıc qəsəbəsində təsərrüfatın ayrı-ayrı sahələrinə ciddi ziyan vurub. Evləri, tövlələri turizm-istirahət obyektlərini, mağazaları sel basıb, mal-qara və ev quşları arasında tələfat var, ağaclar, ekektrik və rabitə dirəkləri aşıb, qaz borusu qırılıb, əhali qazsız və işıqsız qalıb. Sel səbəbindən yolları qalın lil qatı örtüb, nəqliyyatın hərəkəti çətinləşib.
İsmayıllı şəhərindən Lahıc qəsəbəsinə gedən yol bağlanıb. Hazırda rayona yağış yağır, sel axını davam edir. Yolların təmizlənməsi üçün əraziyə ağır texnikaların gətirilməsi sel səbəbindən çətinləşib. Əhaliyə dəyən ziyan rayon fövqəladə hallar komissiyası tərəfindən dəqiqləşdirilir.
Şahnəzər Bəşirov