İran məhkəməsi 2020-ci ildə Ukrayna Beynəlxalq Hava Yollarına məxsus Boeing 737-800 təyyarəsinin raketlə vurulması ilə bağlı yekun qərar verib. 

"Unikal" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani məlumat verib.

"Qəzanın İran ərazisində baş verdiyini nəzərə alaraq, məhkəmə işi tam araşdırıb və qəzada günahkar olan 10 məmur barəsində yekun qərar qəbul edib. Onlara 1,5 ildən 3 ilə qədər həbs cəzası verilib. Məhkəmənin qərarına əsasən, günahkarlar qurbanların yaxınlarına hər qurbana görə 150 ​​min dollar məbləğində təzminat ödəməlidirlər", - XİN nümayəndəsi qeyd edib.

Ağarza Elçinoğlu