Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Aleksandr Şulqa Xarici İşlər Nazirliyinə çağırılıb. 

“Unikal” xəbər verir ki, bu barədə “İmedi” telekanalı məlumat yayıb. 

Şulqa Kiyevin “Georgian Airways” aviaşirkətinə qarşı tətbiq etdiyi sanksiyalara görə nazirliyə çağırılıb. 

Ukrayna prezidenti Volodimir Zelenski iyulun 1-də Rusiyaya uçuşların bərpası ilə əlaqədar Gürcüstan Hava Yollarına qarşı sanksiya tətbiq edib. Kiyevin 10 illik qadağalarına aviaşirkətin təsisçisi Tamaz Qaiaşvili də məruz qalıb.

Nuranə Abbasova