Ukrayna prezidenti Volodimir Zelenski Gürcüstan səfirindən Mixeil Saakaşvilinin məhkəməsi ilə bağlı Tbilisi ilə məsləhətləşmələr aparmaq üçün 48 saat ərzində Ukraynanı tərk etməyi tələb edib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna lideri öz Telegram kanalında yazıb.

“Bu gün mən Xarici İşlər Nazirliyinə Gürcüstanın Ukraynadakı səfirini çağırmağı, ona kəskin etirazımı bildirməyi və paytaxtı ilə məsləhətləşmələr üçün 48 saat ərzində Ukraynanı tərk etməyi təklif etməyi tapşırdım ”, - deyə Zelenski yazıb.

O, həmçinin Gürcüstan hakimiyyətini ölkə vətəndaşı olan Mixail Saakaşvilini Ukraynaya köçürməyə çağırıb .