DİN ötən gecə Bakıda qadının avtomobilə zərər yetirməsinə münasibət bildirib.
DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev "Unikal"ın sorğusuna cavab olaraq bildirib ki, gecə saatlarında Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində bir avtomobilə qəsdən zərər verilməsi barədə polisə məlumat daxil olub.
Daxil olmuş məlumat əsasında 30-cu Polis Şöbəsində təhqiqat araşdırması başlanılıb.
Araşdırmalarla məlum olub ki, 1983-ci il təvəllüdlü qadın 4 il əvvəl münasibətdə olduğu şəxsə məxsus olan "Mersedes" markalı avtomaşının ön və yan şüşəsinin küt alətlə sındıraraq ehtiyyat hissələrini yarasız hala salıb.
Hazırda hər iki şəxsin qarşılıqlı müraciətləri əsasında araşdırmalar davam etdirilir.
Murad İbrahimli
***
12:16
Gecə saatlarında paytaxtın Hövsan qəsəbəsində qadın "Mercedes" markalı avtomobilə daşla zərər yetirib.
"Unikal" xəbər verir ki, hadisəni əks etdirən görüntülər sosial şəbəkə paylaşılıb.
Onunla yanaşı, digər qadın isə yüksək səslə qışqıraraq nalayiq ifadələr işlədib. Əraziyə hüquq-mühafizə orqanları cəlb olunub. Qadınlarla hadisə yerində profilaktik söhbətlər aparılıb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.