Niderland futbol komandasının sabiq qapıçısı Edvin van der Sar reanimasiyaya düşüb.

"Unikal" xəbər verir ki, bu barədə "Ayaks" futbol klubunun mətbuat xidməti bildirib.

"Cümə günü Edvin van der Sar beyin qanaması keçirdi. Hazırda o, xəstəxananın reanimasiya şöbəsindədir, vəziyyəti stabildir", - deyə qeyd olunub ki.

Mətbuat xidmətindən bildiriblər ki, daha konkret məlumat əldə olunan kimi xəbər veriləcək.