Şəmkirdə yanğın olub, xəsarət alan var.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Nərimanlı kəndində baş verib. Belə ki, vətəndaşa məxsus evin eyvanında yanğın olub. Dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı ev sahibi 1981-ci il təvəllüdlü  Ərşad Bəndəliyev yanıq xəsarəti alıb. O, bədənin 3-cü dərəcəli texniki yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Ə.Bəndəliyevə tibbi yardım göstərildikdən sonra evə vuraxılıb.

Yanğına səbəb evdə olan qaz balonu olub.

Tural Əhmədov