Ukraynalı aparıcı Artemi Surin İranda ölüm cəzasına məhkum olunub. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 280 gün ərzində dünyanı gəzən aparıcı İranda casusluğa görə ölüm cəzasına məhkum edilib. 

O bildirib ki, hər şey qədim xarabalıqların dronla çəkilişi zamanı başlayıb. Blogerin icazəsi olmasına baxmayaraq, İran polisi onu dinləmək istəməyib: "Həmin axşam məni saxladılar, səhəri gün isə məhkəmə oldu. Məhkəmə tərcüməçisiz, vəkilsiz, heç kimsiz keçirilir. Məni dinləmədən qərara gəldilər ki, Ukrayna vətəndaşı Surin Artemiy ittiham olunur. İslam Respublikasına qarşı casusluq edir və məni həbs edirlər. Mən bilirdim ki, bu vəziyyətdə cəmi 2 variant var: 1- ömürlük həbs, 2- ölüm cəzası. 

Ukrayna səfirliyi həbsdə olanda mənə kömək etmək üçün səy göstərdi. Həbsxanadan çıxmağı bacarandan sonra məni təxliyə etdilər və səfirliklərində sığındırdılar. Sonra ölkədən Azərbaycana təxliyə olundum. Hətta dedilər ki, ölüm hökmündən qurtulmağım möcüzədir". 

Ağarza Elçinoğlu