İlon Mask sosial şəbəkənin aylıq istifadəçi sayının rekord həddə çatdığını açıqlayıb. 

"Uniikal" xəbər verir ki, biznesmenin sözlərinə görə, bu göstərici 540 milyon nəfərlik həddi “aşıb”.

O, sözlərini qrafiklə təsvir edib.

Mask daha əvvəl sosial şəbəkə loqosunun qara fonda mavi quşdan X işarəsinə dəyişdiyini açıqlamışdı. İyulun 24-də platforma rebrendinq edilib, həm sosial şəbəkənin adı, həm də loqosu dəyişdirilib.

Sahibkarın sözlərinə görə, yəqin ki, gələcəkdə emblemi təkmilləşdirmək olar.