ABŞ-ın cənub bölgələrində həftələrdir təsirli olan həddindən artıq isti dalğası şimal ştatlarına da yayılaraq 190 milyon insana təsir edib.

"Unikal" xəbər verir ki, bu  barədə ABŞ Milli Meteorologiya Xidməti məlumat yayıb. 

Xidmət ölkənin şimal-şərq şəhərlərində, xüsusilə Boston, Nyu-York və Vaşinqtonda "son dərəcə isti hava" ilə bağlı xəbərdarlıq edib.

"Havanın temperaturunun bəzi yerlərdə 39 dərəcəyə çatacaq. Əhalini küçəyə çıxmamağa və kondisionerdən istifadə etməməyə çağırırıq", - məlumatda deyilir.