Bakıda kafedən 4 000 manatlıq oğurluq edilib.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 29-na keçən gecə paytaxtın Xətai rayonu X.Məmmədov küçəsində yerləşən kafelərin birindən 4000 manat dəyərində məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakini Röyal Qəmbərov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.