Sumqayıtda oğurluq edən keçmiş məhkum saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) “Unikal”a verilən məlumata görə, Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində 34-cü məhəllə ərazisində yerləşən mağazaların birindən qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən 57 yaşlı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Emin Quliyev müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.