Avqustun 7-də saat 23 radələrində Binə qəsəbəsi Atçılıq yaşayış sahəsindən “Mercedes” markalı bir avtomobilin qaçırılması barədə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri Əkbər Kərimov və sərnişini Vüqar Qəribov Nizami rayonu ərazisində avtomobillə saxlanılıblar.

Araşdırma aparılır.