Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan və Abşeron dəmiryolu stansiyalarının ərazisindən 4 ədəd drossel-transformatoru oğurlamaqda şübhəli bilinən paytaxt sakini Anar Əsgərov saxlanılıb.

"Unikal" xəbər verir ki, araşdırmalarla onun Biləcəri dəmiryolu stansiyasının ərazisindən  2 ədəd drossel-transformatorunu oğurlamağa cəhd göstərməsi də müəyyən olunub.