Abşeronda su sayğacları oğurlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda 1 özəl müəssisənin ərazisindən, 4 evdən və 5 həyətyanı sahədən su sayğacları oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakini Vüsal Abdurahmanov müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.